8 C
Baku
Friday, March 29, 2024

Bankdan “PAŞA Sığorta”ya təyinat alıb

Azərbaycan sığorta bazarının ən böyük iştirakçılarından biri “PAŞA Sığorta” ASC-nin departamentinə yeni direktor təyin olunub.

Banker.az-a daxil olan məlumata görə, Fuad Hüseynov Layihə İdarəolunması və Biznes Proseslərinin Optimallaşdırılması departamentinə direktor təyin olunub.

O, 2014-cü ildən bu tərəfə “Kapital Bank” ASC-də Biznes prosesləri meneceri kimi çalışırdı. Daha əvvəl isə “Expressbank” ASC-də çalışmışdır. İngiltərənin Liverpul Universitetində magistr dərəcəsinə yiyələnib.

Hazırda “PAŞA Sığorta”nın təşkilati strukturunda 11 departament fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər