12 C
Baku
Saturday, November 23, 2024

Bankdan satın alınan investisiya şirkəti mənfəətli imiş, amma azca geriləməsi var

Yaxın günlərdə bankdan direktoru tərəfindən satın alınan “BTB Kapital İnvestisiya Şirkəti” ASC 2022-ci ili 99 min manat xalis mənfəət əldə edib, lakin bu göstərici öncəki ildən geri qalır.

Banker.az illik hesabata istinadən xəbər verir ki, şirkət ötən il əməliyyatlarının azalması səbəbindən gəlirləri də azalıb. Belə ki, hesabat ilində 892 min manat əməliyyat gəliri edib və bu öncəki ildən 20% aşağıdır.

Şirkətin gəlirlərinin azalması ilə işçi və bir sıra inzaibatı xərclər də optimallaşıb. İşçi heyəti üzrə 234 min manat (2021: 270 min manat), 280 min manat (308 min manat) komissiya xərcləri çəkmiş olub. Bu da ümumi əməliyyat xərclərinin 837 min manat olması deməkdir.

Bütün əməliyyat gəliri və xərcləri fərqindən 123 min manat vergiyəqədərki mənfəət əldə etmiş və 24 min manat üzərində gəlir vergisi ödəyib. Beləliklə, 99 min manat xalis mənfəət əldə edib. Öncəki ildə şirkətin xalis mənfəəti 120 min manat idi. Bununla da bölüşdürülməmiş mənfəəti 384 min manat təşkil edib. Şirkətin 3 mln. 754 min manat cəmi aktivi vardır.

“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalı ilin əvvəlində 2.9 dəfə və ya 650 min manat azaldmaqla 350 min manata endirilib. İlin ikinci rübündən məlum oldu ki, şirkəti “Bank BTB” ASC-dən indiyə qədər investisiya şirkətinin baş icraçı direktoru olmuş Ruslan Cəfərovdur. R.Cəfərov 350 min manatlıq şirkət səhmlərini bankdan əldə edib.

Cəfərov səhmdara çevrildikdən sonra yeni direktor təyin edib. Şirkətin hazırda direktoru Cəfər İbrahimlidir.

213

Son xəbərlər
Digər xəbərlər