18 C
Baku
Friday, November 22, 2024

Bankdan satın alınan investisiya şirkəti yeni səhmlər buraxır

“Assist Finance İnvestisiya Şirkəti” ASC (əvvəlki BTB Kapital İ.Ş.) hər bir səhmi 350 manat olan 143 səhm emissiya edir.

Banker.az bu barədə investisiya şirkətinin emissiya prospekti və ya informasiya memorandumuna istinad edir.

Bu əməliyyat baş tutarsa, “Assist Finance İ.Ş.” səhm kapitalına əlavə 50 050 manat vəsait qoymuş olacaqdır.

Onun hazırda nizamnamə kapitalı 350 000 manat təşkil edir. Beləliklə, Bakı Fond Birjasının listinqi və hərrac uğurla tamamlanarsa onun nizamnamə kapitalının həcmi 400 050 manat olacaq.

İnvestisiya şirkətinin səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir. O, bir müddət “Bank BTB” ASC-nin törəmə təşkilatı olan “BTB Kapital İ.Ş.” ASC-də çalışıb və ötən il məlum oldu ki, bankdan şirkəti satın alıb, rebrendinq edərək bazarda yeni imiclə çıxış edir.

 

Son xəbərlər
Digər xəbərlər