24 C
Baku
Sunday, August 14, 2022

Bankdan şikayətçi olanlar üçün komitə yaradılır

Bankdan şikayətçi olanlar üçün komitə yaradılır

“Bank of Azerbaijan” ASC-nin əmanətləri qaytarmaması ilə bağlı vətəndaşların hüquqlarını müdafiə etmək məqsədi ilə Komitə yaradılır.

Bu barədə vəkil İradə Cavadova məlumat verib. Onun sözlərinə görə, yüzlərlə əmanətini ala bilməyən insan səhərdən-axşama qədər bankın Həsən Əliyev filialı qarşısında gözləsə də, bank ancaq həftədə bir dəfə hər müştərisinə 500 AZN ödəyir. Onun sözlərinə görə, bankdakı qanunsuzluqdan şikayət edənlərin sayı artdığına görə Vətəndaşları Müdafiə Komitəsi yaratmaq ehtiyacı duyulub:

“Bəzi vətəndaşlar 2013-cü ildə depozit qoyublar və 2015-in martında müqavilə müddəti başa çatıb. Lakin bank pulu hissə-hissə qaytarır. Bankın vəzifəli şəxsləri ilə dəfələrlə görüşmüşəm. Hər dəfə yüksək vəzifəli məmurların adlarını çəkərək problemin həll edildiyinə dair yalan vədlər verirlər. Üstəlik əmanətlərin qaytarılması zamanı da qanun pozuntularına yol verilir. Belə ki, pulun bir qismi xarici valyuta ilə, bir qismi isə manatla ödənilir. Artıq məsələ ilə bağlı ölkə başçısına da müraciət edəcəyik. Bu məsələ ilə Prokurorluq maraqlanmalıdır.

Çünki bank əmanəti qaytara bilmirsə, yaxud depozitləri xərcləyibsə, bu cinayət məsuliyyəti deməkdir”.

Qafqazinfo

Son xəbərlər
Oxşar xəbərlər