13 C
Baku
Saturday, November 23, 2024

Kreml ilhaqı tanıtdırmağa çalışır – “Putinin bir gözü də Qazaxıstandadır”

Rusiya prezidenti Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir. Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürmərə çalışırdı.

Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər.

“Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir” deyə, Bakıda mənzillənən Atlas araşdırmalar mərkəzinin rəbəri Elxan Şahinoğu bildirir. O deyir ki, Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.

Vladimir Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahəsə Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini “əziz dostu” adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”.

Si Sinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə hitab edir. Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda bu ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.

Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək.

E.Şahinoğlu deyir ki, Vladimir Putinin bir gözü də Qazaxıstandadır.

“Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternative yollar axtarır”.

Son xəbərlər
Digər xəbərlər