2015-ci ilin I rübündə “Bank Melli İran”ın Bakı filialının aktivləri artıb.
Banker.az məlumat verir ki, hazırda bankın aktivləri 84 310 055 manat təşkil edir ki, bu da birinci rüb ərzində 7 725 215 manat yəni 10% artım deməkdir.
Birinci rüb ərzində Bankın öhdəlikləri 28% artaraq 33 182 033 manat, cəmi kapitalı isə 503 716 manat artaraq 51 128 022 manat təşkil edib.