Monteneqroda Azərbaycan bankı olan “Nova Banka Podgorica” SC-nin (əvvəllər “Azmont Bank”) Amerika şirkətinə satınalmasından sonra Direktorlar Şurasından çıxarılan iki Azərbaycan vətəndaşı – Rəşad Rəsullu və Rəşad Əliyevin adı Azərbaycandakı şirkətdən rəhbərliklikdən də çıxarılıb.
Banker.az saytının məlumatına əsasən, həmçinin, “Ata Holding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC -nin Direktorlar Şurası yer alan bu iki şəxsin, hər birinin adı siyahıdan çıxarılıb.
Rəşad Rəsullu – 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Bankında başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. Rəşad Rəsullu həmçinin, “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü olub.
Rəşad Əliyev – 25 yanvar 1982-ci il tarixində Bakı şəhərində anadan olub. O, Uels Universiteti ilə London Biznes və Maliyyə Məktəbinin birgə MBA proqramı üzrə təhsilini davam etdirərək MBA diplomu almışdır. Rəşad Əliyev 2004-cü ilin avqust ayından 2005-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Milli Bankı, Kredit Təşkilatının fəaliyyətinə nəzarət departamentində iqtisadçı vəzifəsində çalışmışdır. O, 2005-2007-ci illərdə “Ata Holding” ASC-nin Maliyyə Departamentinin baş mütəxəssisi, 2007-2008-ci illərdə Maliyyə və Hesabat şöbəsinin rəisi və 2008-ildən 2012-ci ilin oktyabr ayına qədər Maliyyə Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2012-ci ilin noyabr ayından 2017-ci ilin may ayınadək “AtaHolding” MMC-nin Maliyyə və İnvestisiya məsələləri üzrə İdarə Heyətinin müavini vəzifəsini icra etmişdir. Bu illər ərzində O, “AtaBank” ASC-nin Audit Komitəsinin sədri, “Bank VTB Azərbaycan” ASC-nin Bankın Strategiyasının müəyyən edilməsi Komitəsinin Sədri, “AtaQıda” MMC-nin İdarə Heyətinin Sədri, “Ata Sənaye” MMC-nin İdarə Heyətinin Sədri, “Kövsər Bank” ASC-nin Satınalınması İşçi Qrupunun Rəhbəri, “CDB Bank” ASC-nin Müşahidə Şurasının Sədr müavini vəzifələrini icra etmişdir.
2015-ci ilin Yanvar ayından etibarən AGI Müşahidə Şurasının üzvü və Azmont İnvestments D.O.O –nun Baş İcraçı Direktoru vəzifələrini icra edir.
*Azmont İnvestments D.O.O həmçinin “Nova Banka Podgorica” SC-nin sahibi idi.