10 C
Baku
Saturday, November 23, 2024

Bankın Audit Komitəsinə yeni üzv seçildi

“Bank VTB (Azərbaycan)” ASC-nin Audit Komitəsində yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Marina Rıbak Vladimirovna Audit Komitəsinin üzvü seçilib.

Buna qədər isə üzv kimi Mariya Viktorovna Furzikova vəzifədə idi.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər