8 C
Baku
Monday, November 18, 2024

Bankın Bakı filialının rəhbərliyi dəyişib

Pakistan Milli Bankının Bakı filialına yeni baş menecer təyin edilib.

Reportun əldə etdiyi məlumata görə, bu, Zərvəli Xandır.

Onun gələn ayın birinci yarısına qədər Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiyadan keçəcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Z.Xan baş menecer vəzifəsində Asim Naziri əvəz edəcək. Qeyd edək ki, A.Nazir 2015-ci ilin sonuna yaxın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad edilib. Onun yerinə Axtar Munir təyin edilsə də, o, şəxsi problemləri ilə əlaqədar yeni vəzifəsini icra edə bilməyib və bu müddət ərzində A.Nazir Bakı filialının rəhbəri olaraq qalıb.

Xatırladaq ki, Pakistan Milli Bankı Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər