Ali mənimsəmədə təqsirləndirilən Fikrət Xəlifəlinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Xəlifəlinin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, F.Xəlifəli 2002-2012-ci illər arasında “Amrahbank” ASC-nin “Lənkəran” filialının direktoru vəzifəsində işləyərkən bankın əmanətçisi – şəhər sakini R.Həsənovanın depozit hesablarından 500 min manat məbləğində pul çıxarıb. O, həmin pulları filialın xəzinəsindən nağd olaraq götürüb, özünün şəxsi ehtiyaclarına sərf edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlifəli 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 9 ilə endirib.