23 C
Baku
Friday, April 26, 2024

Bankın filial müdirinin şikayəti təmin edilmədi, hökm dəyişməz qaldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Bayramovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda – 1 milyon 800 min manat pulu mənimsəməkdə təqsirli bilinir. Daha sonra 41 min 300 manat ödənilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

M.Bayramovdan başqa 6 nəfər – Mübariz Gözəlovun, Vasif Həsənovun, Nalə İsgəndərovanın, Mehriban İsmayılovanın, Nuranə Kərimlinin barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərin barəsində isə şərti cəza verilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər