08 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Ata Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b251 ünvanında yerləşən (ü/s 189,1 kv.m) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 380000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67