10 C
Baku
Thursday, December 12, 2024

Bankın “gözəllik” kompaniyası

Cənubi Afrika banklarından biri belə bir eksperiment həyata keçirdi.

Bank özünün 50 mindən çox müştərisinə “Təbrik edirik!” sözləri ilə başlayan məktub göndərir. Bunun ardınca məktubda borcalanların yeni nağd kredit əldə etməyə “haqq qazandıqları” yazılmışdı. Bu kiçik həcmli və qısa müddətli nağd kreditlər idi.

Təsadüfən seçilmiş müştəri qruplarına göndərilən məktubun hər birində borcalanlar üçün “cazibəli” təkliflər edilmişdi.

Bank bu yolla cazibəli təkliflərin faiz dərəcələri kimi sərt iqtisadi amillərdən asılı olmayaraq insan psixologiyasına təsirini araşdırmağa çalışmışdır. Bu zaman müştərilərin bəzilərinə yüksək kredit faizləri təklif edildiyi halda, bəzilərinə nisbətən aşağı faiz dərəcələri təqdim edilmişdir.

Bəzi müştərilərə isə mobil telefon qazana biləcəkləri lotereyada iştirak etmək təklif edilirdi. Lakin bu məktublarda ən maraqlı element hər məktubun sağ küncündə bank əməkdaşlarının şəklinin təsvir edilməsi oldu. Bu şəkillərdən bəziləri qadın, bəziləri isə kişi cinsinə mənsub bank əməkdaşlarının şəkilləri idi.

Araşdırmada iştirak edən professor Mullaynatan etiraf etmişdir: “Araşdırmanın nəticələri məni sözün əsl mənasında heyrətləndirdi. Qadın şəkilli məktub əldə edən kişi müştərilər tərəfindən kredit təkliflərinə “hücum” olmuşdur”.

Bu effekt o qədər güclü olmuşdur ki, 2007-ci ilin sentyabrında Nigeriya senatının prezidenti ölkə banklarından işə cazibədar və gözəl qadın əməkdaşların cəlb edilməsini qadağan etmişdi.

Son xəbərlər
Digər xəbərlər