“AFB Bank” ASC-nin iki departamen rəhbərləri vəzifələrindən azad edilib.
Banker.az bu barədə adıçəkilən bankın saytındakı dəyişikliyə istinad edərək xəbər verir.
Belə ki, Kredit departamentinin direktoru – Mübariz Bayramov, Təminat departamentinin direktoru – Qəhrəman Abbasov tuduğu vəzifələrindən azad ediliblər. İşdən azad edilən hər iki departament rəhbərinin yerləri vakantdır.