25 C
Baku
Tuesday, July 16, 2024

Bankın Kreditorlar Komitəsi sədri istefa verir: “Səbəbini iclasda izah edəcəm”

11 iyun saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ADIF) binasında (Babək prospekti, 16) “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək (14 fevral tarixli iclasdakı qərara uyğun olaraq).

Banker.az xəbər verir ki, iclasda bankın maliyyə vəziyyəti və ləğvetmə prosesi, habelə Komitənin yeni tərkibinin müəyyən edilməsi, sədrinin və katibinin dəyişdirilməsi məsələləri müzakirə ediləcək.

“Komitənin sədri olaraq o cümlədən mən də istefa verəcəyəm”, deyə hazırda Kredit Komitəsi sədri Əkrəm Həsənov açıqlayıb.

O əlavə olaraq bildirib ki, istefa səbəblərini iclasda izah edəcəyini bildirir.

Kreditorlar, mətbuat və ADIF rəhbəri Vüqar Abdullayev iclasa dəvətlidir.
Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini mənə 4 iyun tarixinədək ünvanlaya bilər.

Son xəbərlər
Digər xəbərlər