DəmirBank həftənin bütün günləri fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə, “149- Məlumat Mərkəzi”-nin 24 saat iş rejimi fəaliyyətini tətbiq etdi. Bu barədə Banker.az-a Bankdan məlumat verilib.
Məlumata görə, müştərilər artıq həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) bankın zəng xidmətindən yararlana bilərlər. “149- Məlumat Mərkəzi”-nə zəng etməklə, bankın göstərdiyi xidmətlər, məhsullar, cari aksiya və kampaniyalar haqda ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, müştərilər istənilən vaxt Məlumat Mərkəzinə müraciət edərək, yaranmış sual, təklif və şikayətləri bildirə bilərlər.
Banka zəng qaydası şəhər nömrələrindən birbaşa 149, mobil rabitə operatorlarından isə 149 və ya 012 149 –dur.