Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Bank Standard” Kommersiya Bankının “Mərdəkan” filialının əmanətçilərinə və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib.
Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, “Bank Standard”ın Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 10a ünvanında yerləşən “Mərdəkan” filialı ləğv prosesində olan bankın Bakı şəhəri, Azərbaycan prospekti 4 ünvanında yerləşən baş ofisinə köçürülüb.
AZƏRTAC






