“AccessBank” Kredit Bürosuna ünvanlanan sorğuların sayına görə lider mövqeyindədir. Bunu “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov deyib.ü
“Ay ərzində bank orta hesabla Büroya 17 mindən çox sorğu ünvanlayır. Cari ilin yanvar-avqust aylarında “AccessBank” Kredit Börosuna 140 mindən çox sorğu göndərib”, – Həsənov çərşənbə günü İFC-nin Mərkəzi Asiya və Azərbacanda maliyyə infrastrukturunun möhkəmlənməsi layihəsinin (ACAFI) başa çatmasına həsr olunan konfransda bildirib.
“Bu yaxınlarda Büro webservice funksiyasını təqdim edib. Bu funksiya məlumatı istənilən formatda və daha sürətli əldə etməyə imkan yaradır, bu da banka məlumatlar üzrə geniş təhlil aparçağa imkan verir”, – Həsənov əlavə edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.
©İnterfaks-Azərbaycan