16 C
Baku
Friday, November 22, 2024

Bankın rəhbərlərindən biri 433 milyonluq holdinqə baş icraçı direktor təyin edilib

“GP Cotton Holdings” MMC-nin baş icraçı direktoru dəyişib.

Banker.az-a istinadən xəbər verir ki, Famil Kərimov Qalib oğlu şirkətin rəhbəri təyin edilib. O bu vəzifədə Eldar Cəfərov Hüseyn oğlu əvəz edib.

Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub.

  • 2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb.
  • 2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin İdarə edilməsi” üzrə magistr dərəcəsi (“MBA”) almışdır.
  • 2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür.
  • O, 2005-2013-cü illər ərzində “Deloitte” və “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur.
  • 2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş Maliyyə Direktoru və Baş direktorun müavini işləmişdir.
  • 2018-ci ildən Gilan Holdinqdə Strateji İdarəetmə Ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvü vəzifəsində çalışıb.
  • 2021-ci ilin yayından bu tərəfə “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, “GP Cotton Holdings” MMC əvvəlki “Gilan Holdinq”in (hazırda adını dəyişib: Xəzri Salution MMC) qeydiyyatda olduğu ünvanda “Capital Towers”də, yaxud Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məhəllə 466-da qeydiyyatdadır. Şirkətin 433.06 milyon manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər