21 C
Baku
Tuesday, October 8, 2024

Bankın sədr müavini vəzifədən getdi

“Rabitəbank” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Bankın İdarə Heyətinin sədr müavini Turan İsmayılov öz xahişi ilə işdən çıxıb.

 T. İsmaylov “APA-Economics”ə xəbəri təsdiqləyib. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, T. İsmayılov 2007-cı ildən “Rabitəbank”da çalışıb. “Rabitəbank”dan əvvəl “Parabank”da İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya-Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, o, “Xəzər” Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”ndə təhsil alıb.
Son xəbərlər
Digər xəbərlər