“Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Cenk Yüksel vəzifəsini tərk edib.
Banker.az xəbər verir ki, sədr Cenk Yüksel fevral ayı sonu etibarı ilə işdən ayrılıb.
Cenk Yüksel 2009-2015-ci illərdə Yapı Kredi Bankası A.Ş Daxili Audit departamentinin nəzdində Strateji Planlama və Audit koordinasiya qrupunun direktoru olub. 05.06.2015- 28.09.2015 -ci ildə “Yapı Kredi Bank Azərbaycan” QSC Əməliyyatlar üzrə Baş Direktor (COO), 28.09.2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan” QSC-da İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışıb.
1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişdir. 1996-2009-cu illərdə Koç Bankda daxili auditor, Daxili Audit Departamentinin baş auditoru, Daxili Audit Departamentini rəhbəri, Daxili Audit Departamentinin nəzdində Kredit və Risk Auditinin bölüm rəhbəri vəzifəsində çalışıb.