10 C
Baku
Friday, December 13, 2024

Bankın Şəkidəki daşınmaz əmlakı 1.3 milyon manata satışa çıxarılır

05 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak, Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında 0.25 ha torpaq sahəsində yerləşən (ü/s 2389.8 kv.m) qeyri-yaşayış binasıdır. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 1300000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir (“AVİS” aptekin arxası)

Son xəbərlər
Digər xəbərlər