19 C
Baku
Thursday, April 25, 2024

Bankın sabiq departament müdirinin apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Mahmudovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, A.Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər