7 C
Baku
Thursday, December 12, 2024

Bankın sabiq filial müdirinin cinayət işi ibtidai istintaqa qaytarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilib.

Son xəbərlər
Digər xəbərlər