7 C
Baku
Thursday, December 12, 2024

Bankın sağlamlaşdırma proqramının 1-ci mərhələsinin icrasına başlanılır

Avqustun 3-dən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən QSC “Bank Standard” KB-yə təyin edilmiş müvəqqəti inzibatçılıq müddəti başa çatıb və banka göstərilən dövlət dəstəyi çərçivəsində 4 avqust 2016-cı il tarixdən etibarən bankın sağlamlaşdırma proqramının birinci mərhələsinin icrasına başlanılır.

Bankdan verilən xəbərə görə, “Bank Standard”da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə banka təyin olunmuş yeni rəhbərlik tərəfindən hazırlanmış sağlamlaşdırma proqramı bankın likvidliyinin artırılması, kapital, aktivlərinin keyfiyyətinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi ilə yanaşı, həmçinin əhalinin bankda olan əmanətlərinin mərhələli şəkildə tam həcmdə qaytarılmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, “Bank Standard”ın sağlamlaşdırma proqramı müştərilər qarşısında öhdəliklərin icrası ilə yanaşı, həm də bankın gələcək dayanıqlı inkişaf strategiyasının bir hissəsi kimi çıxış edir və ölkənin ən böyük maliyyə institutlarından birinin bazardakı rolunun gücləndirilməsinə yönəlib. Bankın sağlamlaşdırılması prosesi mərhələli şəkildə aparılacaq.

Sağlamlaşdırma proqramının birinci mərhələsi çərçivəsində fiziki şəxslərin “Bank Standard”dakı 30 min manatadək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.Müştərilərin “Bank Standard”dakı 30 min manatdan artıq (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsi ilə bağlı bir neçə təklif nəzərdə tutulur.

Hazırlanmış təkliflərlə bağlı müştərilərə əlavə məlumat veriləcək.

Müddəti 2016-cı ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq. Sağlamlaşdırma proqramı çərçivəsində həm ölkə daxilində, həm də ölkə xaricində “Bank Standard” KB-nin plastik kartlarının fəaliyyəti bərpa edilir.

APA

Son xəbərlər
Digər xəbərlər