14 C
Baku
Friday, May 17, 2024

Bankın tanıdıcı siması

Xəzinədar istənilən bankın simasıdır. Müştəriləri ilk qarşılayan da odur. Xəzinədarın öhdəliklərinə müştərilərlə ünsiyyət, hesabdakı vəziyyətə nəzarət, pulların daxil və xaric edilməsi zamanı məlumat bazasına dəyişiklikləri daxil etmək daxildir.

Vəzifənin müsbət cəhətləri:

  • əmək bazarında bu peşəyə daimi tələbatın olması.

Vəzifənin mənfi cəhətləri:

  • çox böyük məsuliyyət;
  • mütəmadi olaraq insanlarla ünsiyyət qurmaq səbəbi ilə psixoloji yüklənmə;
  • gərgin qrafikli iş.

İş yeri: Bank təşkilatları.

Şəxsi keyfiyyətlər: Vəziyyətdən asılı olmayaraq əməliyyatçı xəzinədar özünə idarəni, sakitliyini qoruyub saxlamalı və diqqətini toplamalıdır. İş yerinin yaxşı təşkil edilməsi də əməkdaşın professionallığına və təşəbbüsünə təsir edən amillərdəndir.

Karyera:

Xəzinədar vəzifəsi çox vaxt bankda uğurlu karyera qurmağa başlamaq üçün ilk pillə rolunu oynayır. Hazırda maliyyə təşkilatlarında yüksək vəzifələrə sahib insanların bir çoxu bankda işə məhz bu vəzifədən başlamışdır. Məqsədyönlü gənc mütəxəssislər 1-2 uğurlu ildən sonra vəzifə yüksəlişinə nail olurlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər