11 C
Baku
Monday, November 25, 2024

Bankın vəzifəli əməkdaşı ifadə verdi — 13,9 mln. vəsaiti bank sədri ilə öz aralarında bölüblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun məhkəməsi keçirilib.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə “Bank Standard”ın idarə heyətinin üzvü Cahangir Axundov ifadə verib: “Mən bankın müştəri xidmətləri departamentinin rəhbəri idim. “Çudo Peçka”ya ayrılan kreditlər ödənilmirdi, Səlim Kirmanın kimlərləsə cinayət əlaqəsinə girdiyindən xəbərim yox idi. “Çudo Peçka”ya ayrılan 21 milyon manat Səlim Kirmanın qərarı ilə verilib. İdarə heyətinin üzvü olsam da, bizim ona qarışmaq imkanımız yox idi. 2014-cü ildə Səlim Kirman vəzifədən uzaqlaşdırıldı, sonra banka 6 milyon manat ayrıldı. “Çudo Peçka” da bank rəhbərliyinin nəzarətində idi”.

Qeyd edək ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər