10 C
Baku
Wednesday, November 27, 2024

Bankir “Azərpoçt”a rəhbər təyin olundu

2018-ci ilin aprel ayından “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsinə təyin yeni təyinat baş tutub.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə, Emin Ramiq oğlu Əfəndiyev  təyinat alıb.

Qeyd edək ki, bu günə qədər bu vəzifəni Sübhan Kazımov davam icra edirdi.

Emin Əfəndiyev 02.10.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlamışdır. Daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışmışdır.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləmişdir.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olmuşdur.

2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışmışdır.

2015-2018-ci illərdə Bank MBA-Moskva Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləmişdir.

Son xəbərlər
Digər xəbərlər