13 C
Baku
Saturday, November 23, 2024

Bankir xanımın vəfat etdiyi qəzanın təfərrüatları

Xəbər verdiyimiz kimi, dekabrın 21-i axşam saatlarında Nobel prospektində baş vermiş dəhşətli yol qəzası zamanı Ləman Rafiq qızı Süleymanlı həlak olub.

1981-ci il təvəllüdlü Ləman Süleymanlı 16 yaşlı sərxoş “sürücü”nün qurbanı olub. Sürücülük vəsiqəsi olmayan Qurbanəli Qurbanov “Nissan” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək, L.Süleymanlını vurub və aldığı xəsarətlərdən o, hadisə yerindəcə dünyasını dəyişib.

Mənbə qəzada dünyasını dəyişmiş gənc xanımla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Ləman Süleymanlı maliyyə sektorunda çalışırmış və məşhur övladıdır. Mərhum yoldaşları ilə işdən evə gələrkən yarıyolda fikrini dəyişərək, nənəsigilə getməyi qərara alıb. Bu zaman yol keçərkən onu maşın vurub.

Azərbaycanda hansı banklar işçilərə daha çox əməkhaqqı ayırır? – REYTİNQ

Ləman Rafiq qızı Süleymanlı 1981-ci ilin aprel ayında Bakı şəhərində anadan olub. 1998-ci ildə Xətai rayonu 204 saylı orta məktəbini, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2004-cü illərdə isə magistr dərəcələri üzrə bitirib. Əmək fəaliyyətinə bank sahəsində başlayan Ləman Süleymanlının son iş yeri “AzərTürkBank” olub. Bu bankda mühasib – şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan, rus və ingilis dillərində peşəkar biliklərə malik olan maliyyəçi xanım gənclər üçün təşkil olunan bir çox təlimlərdə mühazirələr söyləyib. Ölkəmizi beynəlxalq miqyaslı tədbirlərlə ləyaqətlə təmsil edib.

Məhrumun atası Rafiq Süleymanlı əməkdar müəllimdir. Heydər Əliyev adına Liseydə çalışan R.Süleymanlı Xətai rayon Təhşil şöbəsinin müdir müavini olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları zamanı sualların tərtibatında yaxından iştirak edib və qurumun eksperti olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Anası Pəri Süleymanlı isə “Evrika Liseyi”nin direktor müavinidir. Buna qədər isə Heydər Əliyev adına Liseydə direktor müavini olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Daha bir istedadlı və parlaq bir gənc “trafik canavarı”nın qurbanı oldu. Daha dəqiq ifadə etsək, maşına qudurğan münasibət onun arzularını yarımçıq qoydu. Sonda qeyd edək ki, L.Süleymanlı subay idi.

©AZXEBER.COM

Son xəbərlər
Digər xəbərlər