9 C
Baku
Thursday, December 12, 2024

Bankirin oğlu şəkil çəkdirmək istəyərkən intihar etdi

Rus bankirin oğlu Moskvanın qərbində yerləşən mənzildə ölü tapıblar. O, özünü asmışdı.

Aleksandr Kulagin «Rus ipoteka bankının» direktorlar ittifaqının üzvü öz 14 yaşlı oğlunu mənzilində intihar etmiş halda tapmışdı. O, təcili yardımı çağırır, lakin onun oğlunu artıq xilas etmək mümkün deyildi.

 «Moskva komsomolu»-nun məlumatına görə, gənc oğlan, böyük ehtimal, intihar etmək istəmirdi. O, yaxşı təminatlı ailədə yaşayırdı və bu yaxınlarda təhsilini Londonda davam etdirməyə hazırlaşırdı. Yəgin ki, bankirin oğlu İnternetdə yerləşdirmək üçün yaxşı şəkil çəkdirmək istəyir. O, isveç divarına ipi keçirir və əmələ gəlmiş düyünə başını salır. Lakin oğlanın bu cəhti faciə ilə bitir.

Nəşrin məlumatına görə, sonuncu dəfə bankirin oğlu martın 2-si 18:10 radələrində öz rəfiqəsi ilə əlaqə saxlamşdı. O, qonşuluqda elit mənzildə yaşayan rəfiqəsinə ismarıc göndərmişdi.

Oğlunu huşsuz aşkarlayan ata ona suni nəfəs verməyə cəht etmişdi. Sonra isə qonşuların yanına qaçaraq onlardan həkim çağırmalarını xahiş etmişdi. Əfsuslar olsun ki, hadisə yerinə gələn təcili yardım həkimləri sadəcə olaraq gənc oğlanın ölüm faktını qeydə ala bilmişdilər.

Hal- hazırda bu iş istintaqdadır və araşdırmalar davam edir.

Son xəbərlər
Digər xəbərlər