7 C
Baku
Thursday, December 12, 2024

YENİLƏNİB: Bankirlərə yeni rəhbər təyin olundu

SAAT 16:00/ “Rəsmi məlumatın yayıldığı kimi, mövsümün sonuna qədər “İnter” klubunda səlahiyyətli nümayəndə olacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yeni rəhbəri Rəmiş Malıyev deyib.

Fevralın 1-dən “İnter”in idarəçiliyini öz üzərinə götürəcəyini rəsmən təsdiqləyən AFFA Rəmiş Malıyevi kluba səlahiyyətli nümayəndə təyin edib.

Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışan Malıyev yeni təyinatı ilə bağlı danışıb. O, qarşıya qoyulan məqsədlərdən söz açıb: “Əsas məqsədimiz klubun çempionatdakı çıxışını təmin etmək, uğurlu nəticə qazanmağa çalışmaq və paralel olaraq, sponsor axtarışını davam etdirməkdi. Mövsümün sonuna kimi bu işi davam etdirəcəyik. Sponsor tapmalıyıq ki, klub növbəti mövsümdə də fəaliyyət göstərsin. Bizim üzərimizə düşən məsələlərdən biri də klubdakı problemləri araşdırmaqdı”.

Sponsor axtarışının davam etdiyini bildirən səlahiyyətli nümayəndə bunun müsbət sonluqla nəticələnmək ehtimalının daha çox olduğunu qeyd edib: “Sponsor axtarışları davam edir. Bu məsələ ilə bağlı işlər gedir. Açığı, müəyyən işartılar var, danışıqlar aparırıq. Amma indidən konket fikir bildirmək düzgün olmaz. Sadəcə, onu deyə bilərəım ki, gələcəyə ümidlə baxmaq olar”.

Malıyev klubun idarəetmə sisteminin dəyişməyəcəyini vurğulayıb: “Bu sarıdan heç bir dəyişiklik olmayacaq. Bizim gəlib nəsə dəyişiklik etməyimiz düzgün çıxmaz. Klub əvvəl hansı sistemlə idarə olunurdusa, o cür də davam edəcəyik”.

AFFA-nın hüquqşünası “sponsor tapılandan sonra da klubdakı fəaliyyətinizi davam etdirəcəksizmi” sualına belə cavab verib: “Bu hələ dəqiq bilinmir. Sponsor tapılandan sonra bəlli olacaq”.


SAAT 14:23/ Bakının “İnter” klubuna yeni rəhbər təyin olunub. Banker.az-a bu barədə məlumat AFFA-dan daxil olub.

ABB-nin klubdan sponsorluğunu dayandırdıqdan sonra AFFA bankirlərin idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.
1 fevral 2017-ci il tarixindən etibarən AFFA klubun idarəçiliyini öz üzərinə götürür və Rəmiş Malıyevi “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edir.
Malıyev Rəmiş Təzəxan oğlu 16.06.1976-cı ildə Bakı şəhərində  anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.
2008-ci il iyulun 1-dən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır.
UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir.
Qadınlar arasında 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilən U-17 Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub.
Ailəlidir, 3 övladı var.
Son xəbərlər
Digər xəbərlər