Azərbaycan əmək bazarında uzun illərdir mövcud olan ən böyük çağırış – uyğun işi və yaxud yaxınlıqda etibarlı işçini tapmaq çətinliyi idi. Uzun müddət Bank sektorunda və Dövlət Məşğulluq Agenliyininin Şərqi-Zəngəzur və Abşeron-Xızı Regional məşğulluq filiallarının rəhbəri olmuş Əbdül Bayramov isə bu problemi innovativ yanaşma ilə həll edib.
Nəticədə o, öz komandası ilə birlikdə lokasiya əsaslı ilk iş və xidmət platforması – Lamar.az mobil tətbiqini və veb səhifəsini təqdim edib. Platforma artıq qısa müddətdə istifadəçilər arasında ciddi maraq doğurub.
Ənənəvi iş elanı platformalarında əsas çatışmazlıq coğrafi qeyri-müəyyənlikdir. İş axtaranlar vakansiyanın dəqiq yerləşdiyi ərazini bilmədiyi üçün çox vaxt yaşadıqları yerdən xeyli uzaq iş təklifləri ilə rastlaşırlar. Digər tərəfdən, insanlar bir addımlığında yaşayan usta, dayə, sürücü, dizayner və ya hüquqşünas kimi peşə sahiblərindən xəbərsiz qalır, nəticədə həmin mütəxəssisləri uzaqda və çətin yollarla axtarmağa məcbur olurlar. “Lamar.az” məkan əsaslı texnologiyası ilə bu informasiya boşluğunu doldurur və tərəfləri bir-birinə yaxınlaşdırır.
“Lamar.az” platformasının iş prinsipi sadəliyi və operativliyi ilə seçilir. İstifadəçi tətbiqə daxil olan kimi xəritədə ona ən yaxın olan peşə sahiblərini görür və lazım olan bacarıqlara uyğun dərhal axtarış edə bilir. İş axtaranlar üçün də proses rahatdır: qeydiyyatdan keçib profili doldurduqdan sonra onlar həm işəgötürənlər tərəfindən xəritədə görünür, həm də yaxınlıqdakı vakansiyalara müraciət edə bilirlər. Ünsiyyəti asanlaşdırmaq üçün platforma daxilində mesajlaşma, şəkil, məkan və “canlı məkan” (live location) göndərmə funksiyaları da mövcuddur. Əgər işəgötürən axtardığı peşə sahibini dərhal tapa bilmirsə, elan yerləşdirir və bu zaman yaxınlıqdakı namizədlər ona özləri müraciət edə bilirlər.
“Layihənin əsas hədəfi bazar uyğunsuzluğunu aradan qaldırmaqdır. Çox vaxt insanların bacarığı olsa da, düzgün ünvanı tapa bilmirlər. İşçi axtaranlar isə yaxınlıqdakı peşə sahiblərindən xəbərsiz olduqları üçün kadrları uzaq məsafələrdə axtarırlar. Bu isə əlavə zaman və vəsait itkisi deməkdir. “Lamar.az” bu problemi həll edərək işi və iş axtaranı bir-birinə yaxınlaşdırır.” — Əbdül Bayramov
Tətbiqi Yükləmək üçün keçid edin;
web – https://lamar.az/
Android– https://play.google.com/store/apps/details?id=com.lamar&pcampaignid=web_share
İOS – https://apps.apple.com/az/app/lamar-az/id6748601710







