Banklar əhaliyə güzəştlər etməlidi – istər faiz, istərsə də vaxtla əlaqədar

0

Devalvasiyadan bir neçə il ötməsinə baxmayaraq problemli kreditlər hələdə gündəmdə əsas mövzu olaraq qalmaqdadır. Devalvasiyadan öncə əhali aldığı məvacibin müəyyən hissəsini kreditinə ödəyə bilirdisə, artıq heç yarısını da ödəyə bilmir borcun və bu banklar üçün də problemli kreditlərə çevrilir.

Banker.az xəbər verir ki, devalvasiyadan öncə banklar kreditləri xarici valyutada verməkdə maraqlı idilər. Kredit alan vətəndaşdan soruşmadan
kağız üzərində pulun dollarla verildiyinə dair qol çəkdirilirdi (dollar 0,78 qəpik olması əhaliyə sərf edir di bir növ). Belə olan halda isə banklar tərəfindən pulun geri alınması, əhali tərəfindən geri ödənməsində problemler yarandı. Əslində,  banklar devalvasiyanın olacağından xəbərdar idilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sual çıxır nə üçün Banklar kredit verərkən milli valyutada deyil,xarici valyutada kredit verməkdə maraqlı idilər?

Azərbaycan Respublikası 1991-ci il 18 Oktyabrdan öz müstəqilliyini əldə edib . Mərkəzi Bank açıqlama verdi; Manatın məzənnəsi sabit qalacaq deyə nəticə…. 2 gündən sonra devalvasiya .

Ən böyük problem bilirsiz nədi? Manat xarici valyuta qarşısında dəyər itirdi ,amma əhalinin gəlirləri dəyişmədi alınan krediti geri ödəmək üçün. 21 Fevral da manat 30% dəyər itirdi. Banklar bir müddət banka müştəri cəlb etmək, nağd vəsait ehtiyacını qarşılamaq üçün depozit faizlərini yüksəltdi. Amma yenədə  fayda etmədi. Əvvəla,insanların daha banklara etibarı o qədər də qalmayıb. Bir nəçə bank iflasa uğrayıb bağlanmasından, geri ödənməyən əmanətlərdən sonra daha da çıxılmaz vəziyyət alındı. Bu gün əhali bank faizlərinin yüksək olmasından şikayətçidir. Artıq bir neçə bank bağlanıb bir neçəsi isə zərərlə başa vurur. Onlarında bağlanma ehtimalı böyükdür. Banklar isə əhaliyə müəyyən güzəştlər etməli idi; istər faiz dərəcələrində ,istərsə də vaxtla əlaqədar olaraq.

Məsələnin həlli qaldığı üçün əhalinin son ümid yeri ölkə rəhbərliyidir. Dövlət hansı addımları atsa daha uğurlu olar? Bu zamana qədər dövlət tərəfindən müəyyən addımlar atılsada,  bir o qədər də fayda vermədi. Bildiyimiz kimi , banklar özəl mülkdür. Dövlətin verdiyi qərarlar, söylədiyi fikirlər banklar üçün tövsiyə xarakteri daşıyır. Kreditlərin müəyyən hissəsinin dövlət tərəfindən ödənilmesi təklif edilmişdi .

Neft sektorundan aslı bir ölkənin bu qədər krediti bağlaması məsələnin həlli kimi görsənmir. Hökümət öz rezervlerini qorumaq üçün devalvasiyaya getdi . Problemli kreditlərin həcmi 3 milyard dolları ötməsini nəzərə alsaq, devalvasiya zamanı hökümət o məbləği qazanmışdı. Bu məbləği ödənəcəkdisə, devalvasiyaya getməyin nə mənası vardı?


Azərbaycan qeyri-neft sektorundan aslı deyil ,birbaşa neftdən asılı ölkədir. Neftin qiymətinin düşəcəyi təqdirdə 3 -cü devalvasiya da gözləniləndir. Əslində bilirsiz necədi krizlər ,devalvasiya və s . bu kimi hallar olan prosesleri birgün ortaya qoyur və bu prosesi həll etmək illərlə zaman alır. Vergi, gömrük sahəsində müəyyən sadələşdirmələr bu prosesin yükünü az-çox tənzimləyə bilər .


Şəhid Ailələri, Qarabağ əlillərinin borcu dövlət tərəfindən silinsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imkansız, ödəmə imkanı olmayan ailələrin siyahısı müəyyənləşdirilməli, faiz silinib əsas borc qalmaq şərtiylə ödəmə müddəti uzadılsa düşünürəm ki , problemli kreditlərin həll yolu tapılar.

Xərclərini ödəyə bilməyəndə banklar aktivlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu da həmin bankların aktivlərində müəyyən problemlər yaradır: Bankların filialları bağlanır, işçilərin maaşını ödəməkdə çətinlik çəkirlər və. s problemlərlə qarşılaşırlar. Bu da bankların aktivlərinin azalmasına gətirib çıxarıb. Ümumilikdə,  2015-ci ildən bəri bank aktivlərində 1,5 milyard manatdan çox azalma müşahidə olunub. Bu da onu göstərir ki, bankların gələcək fəaliyyəti risk altındadır. Bu zaman isə bank əlavə hər hansı yerdən maliyyə cəlb etməlidir. Bu ya istiqraz ola bilər, ya beynəlxalq və ya yerli maliyyə institutlarından maliyyə cəlb edilməsi yolu ilə, ya da depozitlər hesabına. Amma öhdəliklər gəlirlərin 50-60 faizdən çox hissəsini təşkil edirsə, həmin banka ümumiyyətlə, kreditlərin verilməsi daha sərt olur, yüksək faizlə verilir. .

Banklar dollarla olan problemli kreditlərdə güzəştə getmək istəmirlər, bayaq qeyd etdiyim kimi dövlətin müdaxiləsi isə tövsiyə şəklində ola bilər: “Çünki bank 7 faizlə depozit cəlb edir. Sonra o pulu 25-30 faizlə kredit verir, ən yaxşı halda 20 faizlə kreditə verir. Bank depozitin faizini qaytarıb. Ona görə verdiyi kreditin də faizini almalıdır ki, ziyana getməsin. Banklar ziyana getməmək üçün bunu etmirlər. Banklar özəl müəssisə olduğu üçün dövlətin müdaxiləsi tövsiyə şəklində ola bilər. Yaxud da dövlət özü kömək edə bilər. Amma neftin qiymətinin düşməsi dövlət büdcəsinə də təsir göstərib. ”İl 2019 olmasına baxmayaraq, problemli kreditlərin həcmi həddindən artıq çoxdur.

Bilidiyimiz kimi, bankların hər birinin ehtiyat fondu var. Bu fond daimi olaraq bankda qalır və problemli kreditləri qarşılamaqdan ötrüdür. Banklar bundan istifadə edə bilərlər, amma etmirler. Ehtiyat fonduna əl vurmurlar, əhalini krediti qaytarmağa məcbur edirlər. Bankların ehtiyat fondu onların çətin günü üçündür . Bildiyimiz kimi ,hər bir müəssisə yaranarkən özünün Nizamnamə Kapitalı olmalıdır. Azərbaycan Respublikasında Bankların Nizamnamə Kapitalı 50 Milyon Manatdır.

Problemli Kreditləri həlli üçün bank aktivlərindən istifadə edib problemin bir hissəsini həll edib, əhaliyə güzəştə getsəydi ,problem indi bu qədər
böyüməzdi.

Müəllif:
Günay Hüseynova,
İqtisadçı-ekspert