26 C
Baku
Saturday, July 27, 2024

Banklar əmanət faizlərin qaldırır – Yeni tendensiya

Ölkənin bir neçə bankı son 2 gün ərzində əmanət faizlərini qaldırır. Əslində banklar heç də əhalini düşündükləri üçün bu addımmı atmırlar.

Banker.az ekspertlərinin fikrincə, əmanət faizlərinin artmasına əsas səbəb, əhalinin əlində qalan və dollara çevirmə macal tapmadıqları pulu əmanət kimi banka cəlb etməkdir.

Bu prosesə əsas təkanverəcək qüvvə, məhz Əmanətlərin Sığortalanması Fondunun 24 və 25 Fevralda verdiyi qərarları olacaq ki, buda əsasən əhalinin bir tərəfdən banklarda manat  əmanətlərini çıxarmasın qarşısını almaq,  o biri tərəfdən , əhalinin əlində qalan və dollara çevirmək macal tapmayan şəxsləri həmən vəsaitləri banklara yatırmağa sövq etməkdir.

Beləliklə proses artıq başlamışdır və yaxın 1 ay ərzində bir çox bankların depozit faizlərinin qaldırılması gözlənilir.

Bank Technique

25 fevral tarixindən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 3%-dək artırıb. Müddətdən asılı olaraq isə bankın əmanət faizləri 8- 16% arasında dəyişir. İndi isə bankın hansı valyuta ilə qoyulan əmanətlər üçün faiz dərəcələrində artım etdiyinə diqqət yetirək. Belə ki, Bank Technique faizləri üzrə artım etdiyi valyuta manat və avroda yeni açılmış depozitlərə şamil olunur. Yeni dollar ilə yerləşdirilən əmənətlərin faizlərində heç bir dəyişiklik olmayıb.

DəmirBank

25 fevral tarixindən etibarən əhaliyə təklif edilən əmanət növlərinin illik faiz dərəcələrini artırıb. Belə ki, hazırda Göy əmanət üzrə illik faiz dərəcələri Azərbaycan valyutası ilə 13.5 %, ABŞ valyutası ilə isə 12.5% təşkil edir. Qırmızı əmanət növü üzrə də illik faiz dərəcələri artırılaraq Azərbaycan valyutası ilə 11 %, ABŞ valyutası ilə isə 10 % olub. Depozit faizlərini artıran DəmirBank isə manat və ABŞ valyutası üzrə faiz dərəcəsində artım edib.

Mərkəzi Bank manatın məzənnəsi haqqında dəyişikliklərə qərar verməmişdən əvvəl digər bir neçə banklar da əmanət faizlərini artırmışdır. Həmin bankların faiz dərəcələrində artım etməsinə səbəb əmanətlərin gəlir faizindən vergi tutulması idi.

İndiki dövr üçün isə bir neçə bankın əmanətlərin faiz dərəcəsində artım etməsinin səbəbi   ekspertlərin fikrincə daha fərqlidir. Yəni burada əsas məqsəd bankların əhalidə milli valyutada olan pulları banka cəlb etməkdir. Həmçinin ekspertlər bildirir ki, əhalinin milli valyuta əlində milli valyutada olan pulları banka cəlb etmək üçün digər bankların da əmanət faizlərində artımların etməsi müşahidə olunur.

Son xəbərlər
Digər xəbərlər