Azərbaycandakı banklar 2023-cü ilin 11 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 536.5 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 123.9 milyon manat və ya 30% artıb.
2022-ci ilin 11 ayında banklar 412.6 milyon manatlıq depozit faizləri ödəmişdilər.