9 C
Baku
Saturday, January 11, 2025

Banklar əhaliyə 300 milyon manata yaxın depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2023-cü ilin 6 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 288.5 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 82.6 milyon manat və ya 40% artıb.

2022-ci ilin 6 ayında banklar 205.9 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Onu da qeyd edək ki, bu ilin yanvar-iyunaylarında bankların faiz və onlarla bağlı xərcləri 405.5 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər