Azərbaycandakı banklar 2023-cü ilin 8 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 395.2 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 110.6 milyon manat və ya 39% artıb.
2022-ci ilin 8 ayında banklar 284.6 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri 553.7 milyon manat təşkil edib.