3 C
Baku
Saturday, December 14, 2024

Banklar əhaliyə 480 milyon manat depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2023-cü ilin 10 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 479.9 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 112.3 milyon manat və ya 30.5% artıb.

2022-ci ilin 10 ayında banklar 367.6 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Onu da qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında bankların faiz və onlarla bağlı xərcləri 677.9 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər