Azərbaycandakı banklar 2025-ci ilin yanvar ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 100.8 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 38.7 milyon manat və ya 62.3% artıb.
2024-cü ilin ilk ayında banklar 62.1 milyon manatlıq depozit faizləri ödəmişdilər.