14 C
Baku
Tuesday, April 16, 2024

Banklar 1 milyona yaxın müştəridən imtina etməli oldu

Ötən ilin sonunda bank müştərilərinin sayı 5 275 532 nəfərə çatmışdır. Sürətlə bank müştərilərinin sayında artım davam edirdi. Demək olar ki, artıq ölkə vatəndaşları üçün kredit almaq çox adi bir hala çevrilmişdir.

Lakin yanvar ayında Mərkəzi Bankın arayışsız kreditlərin ləğvi ilə bağlı çıxardığı qərar bank müştərilərinin sürətlə artmasının qarşısını aldı.

Belə ki hazırda bank müştərilərinin sayı 4 540 342 nəfər təşkil edir. İlin əvvəlindən bu göstərici 735 190 nəfər azalıb.

Son 1 ayda isə müştərilərin sayı 299 219 nəfərə çatıb. O cümlədən fiziki şəxslər üzrə 4 436 034 nəfər , sahibkarlıqla məşğul olanlar – 91777, hüquqi şəxslər isə 104308 nəfər olub.

Daha çox azalma isə fiziki şəxslər üzrə qeydə alınıb. Belə ki, tək fiziki şəxslər üzrə ilin əvvəlindən 739 831 nəfər azalıb.

Son xəbərlər
Digər xəbərlər