Azərbaycandakı banklar 2024-cü ilin yanvar-oktyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 725.8 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 245.9 milyon manat və ya 51% artıb.
2023-cü ilin ilk 10 ayında banklar 479.9 milyon manatlıq depozit faizləri ödəmişdilər.