20 C
Baku
Thursday, October 3, 2024

Banklar 10 milyard manatdan məhrum olublar

Banker.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, dövriyyədə olan manat kütləsinin 10.2 milyardı banklardan kənar saxlanılır. Buda öz növbəsində, həmən pulun dövriyyədən müəyyən mənadə kənar qalmasına gətirib çıxarmışdır. Bu prosesdə uduzan tərəflərdən biri məhz elə bankların özləridir. Bu vəsait banklara depozit şəklində yerləşdirilsəydi, banklar həmən vəsaitləri kredit qoyuluşlarına yönəltməklə daha çox gəlir əldə etmiş olardılar.

Digər təfdən, bu prosesdə uduzan tərəflərdən biri dövlətdir – həmən vəsaitin dövriyyə etməməsi onun müəyyən mənada vergiyə cəlb olunmasına maneçilik törədir və eləcədə pula nəzarət dahada çətinləşir. Uduzan tərəflərdən biridə əhalidir, onlar bizneslərinin genişlənməsi və inkişafına aşağı faiz dərəcəli kreditlərdən məhrum olurlar.

Ekspertlərin fikrincə, bu prosesin kökü banklarımızın nisbətən qeyri stabil olması, əmanətlərin sığortalanması fondunun ürək açan formada işləməməsi ilə bağlayırlar. Royal Bankın müflis olma prosesi elan olunandan sonra əhalinin əmanətlərini çətinliklə alması banklara etibarı dahada zəiflətmişdir.

Son xəbərlər
Digər xəbərlər