7 C
Baku
Thursday, December 25, 2025

Banklar 11 aya ₼1.06 mlrd. xalis mənfəət əldə etdilər – Aktivlər ₼59 mlrd.-a çatdı

Bankların cəmi aktivləri 58 mlrd. 748.5 mln. manat, cəmi öhdəlikləri 51 mlrd. 517.4 mln. manat, balans kapitalı 7 mlrd. 231.1 mln. manat olub. Noyabr ayında bankların cəmi aktivləri 4.3%, cəmi öhdəlikləri 4.7%, balans kapitalı 1% artıb.

Hesabat ayında bankların kredit portfeli 1% və ya 281.7 mln. manat artaraq 29 mlrd. 685.5 mln. manat təşkil edib. Kredit portfelinin strukturu belə olub: biznes kreditləri – 53.2% (15 mlrd. 804.8 mln. manat), istehlak kreditləri – 31.4% (9 mlrd. 318.8 mln. manat), ipoteka kreditləri – 15.4% (4 mlrd. 561.9 mln. manat).

Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 72.2%-i və ya 37 mlrd. 202 mln. manat. Depozit portfelinin 57.4%-i (21 mlrd. 354.3 mln. manat) hüquqi şəxslərin, 42.6%-i (15 mlrd. 847.7 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.

Fiziki şəxslərin əmanətlərinin 67.5%-i (10 mlrd. 701.4 mln. manat) milli valyutada, 32.5%-i (5 mlrd. 146.3 mln. manat) xarici valyutada olub. Fiziki şəxslərin əmanət portfelinin 62.9%-i (9 mlrd. 963.9 mln. manat) müddətli əmanətlərdən ibarət olub. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.8% və ya 80.3 mln. manat, tələbli əmanətləri isə 3.9% və ya 218.4 mln. manat artıb.

2025-ci ilin noyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4,959 əmanətçi), ilin əvvəlindən isə 26.8% (40,409 əmanətçi) artaraq 190.9 min nəfəri üstələmişdi.

Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 43.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil edib. Cari ilin noyabr ayında hüquqi şəxslərin cəmi depozit portfeli 4.1% və ya 840.4 mln. manat artaraq 21 mlrd. 354.3 mln. manat olub.

2025-ci il 30 noyabr tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 501, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,462 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 99 nəfər artaraq 27,020 nəfər təşkil edib. Ümumilikdə, 2025-ci ilin 11 ayında bank sektorunda çalışanların sayı 6.5% və ya 1,657 nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər