22 C
Baku
Thursday, May 9, 2024

Banklar 2023-cü ilin ilk iki ayında 155.7 mln. manat xalis mənfəət əldə edib – 45% artım

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əaliyyətdə olan bankların 155.7 mln. manat xalis mənfəət, 250.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45% və 55% artmışdır.

2023-ci ildə cəmi aktivləri 45,708.6 mln. manat, cəmi öhdəlikləri 39,972.5 mln. manat, balans kapitalı 5,736.1 mln. manat olmuşdur.

Fevral ayında bankların kredit portfeli 0.4% və ya 87.4 mln. manat artaraq 19,757.4 mln. manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.8% (10,835.6 mln. manat),

ıı) istehlak kreditləri – 29.7% (5,863.6 mln. manat)

ııı) ipoteka kreditləri – 15.5% (3,058.2 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3% təşkil etmişdir.  Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 32,560.8 mln. manat). Depozit portfelinin 64.2%-ni (20,906.9 mln. manat) hüquqi şəxslərin depozitləri, 35.8%-ni (11,653.9 mln. manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1,784.2 mln. manat artaraq 11,653.9 mln. manat olmuşdur.

Əmanət portfelinin 54.4%-i (6,336.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18,062.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil etmişdir.

2342322

Son xəbərlər
 ⁠
Digər xəbərlər