12 C
Baku
Monday, September 30, 2024

Banklar 3 ayda əhaliyə 15 milyard manatdan çox pul veriblər

Faizin ödəmə vaxtı keçmiş kreditlərin payı 5,4% təşkil edib.

Ölkənin maliyyə-kredit təşkilatları tərəfindən aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə verilən kreditlərin sayı ötən ilin müvafiq dövründə olduğundan 28,0 faiz çox olub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, cari ilin ilk rübü ərzində banklar 15,9 milyard manat məbləğində kredit ayırıblar.

Verilmiş kreditlərin 77,8 faizi uzunmüddətli xarakter daşıyıb, 5,4 faizinin ödəmə vaxtı keçib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər