9 C
Baku
Thursday, December 12, 2024

Banklar 3 ayda kredit faizlərindən 729 milyon manat gəlir əldə ediblər

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-mart aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 3 ayında bankların kreditlər üzrə faiz gəlirləri 729.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.4% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 610.4 milyon manat təşkil etmişdir.

Yanvar-mart ayında faizlər üzrə xərcləri isə 259.7 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 200.3 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər