Azərbaycandakı banklar 2025-ci ilin yanvar-aprel ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 392.5 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 131.6 milyon manat və ya 50.4% artıb.
2024-cü ilin ilk 4 ayında banklar 260.9 milyon manatlıq depozit faizləri ödəmişdilər.