26 C
Baku
Sunday, June 16, 2024

Banklar 4 ayda kredit faizlərindən 1 milyard manata yaxın gəlir əldə ediblər

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-aprel aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların kreditlər üzrə faiz gəlirləri 984 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21.5% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 810 milyon manat təşkil etmişdir.

Yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 352.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 268.4 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər