Azərbaycandakı bankların 2025-ci ilin yanvar-iyun ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 869 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 509 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayında faizlər üzrə xərcləri isə 853.7 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.