33 C
Baku
Monday, September 1, 2025

Banklar 7 ayda kredit faizlərindən 2 milyard manatdan çox gəlir əldə edib

Azərbaycandakı bankların 2025-ci ilin yanvar-iyul ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2 milyard 213 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 774 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-iyul ayında faizlər üzrə xərcləri isə 1 milyard 20 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər